Təbriz həbsxanasında azərbaycanlı gənc fəala işgəncə verilib

20:15 10.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Güney Azərbaycan tələbə hərəkatının saytı xəbər verir ki, İranda etiraz aksiyalarında iştirak etdiyi üçün Təbriz polisinin kəşfiyyat şöbəsi tərəfindən həbs edilən Azərbaycan əsilli gənc Təbriz sakini Şəhriyar Cəfəri ağır işgəncələrə məruz qalır.

Məlumata görə, təhlükəsizlik qüvvələri Cəfərinin ətrafında dolaşıb, barmaqlarını sındırıb və kəlbətinlə işgəncə veriblər.

Qeyd olunur ki, Təbriz etirazlarında iştirak etdiklərinə görə saxlanılanların əksəriyyəti ağır işgəncələrə məruz qalıb. haqqin.az

Siyasət rubrikasından digər xəbərlər