Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Tunceli vilayətində xüsusi əməliyyat zamanı "Savaş Firat" kod adı ilə PKK terrorçusu Yahya Atmaca zərərsizləşdirilib.
Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, Atmaca axtarılan terrorçuların siyahısındakı "narıncı" kateqoriyasına salınmışdı.
Terrorçunun tutulması üçün təxminən bir milyon türk lirəsi mükafatı vəd edilmişdi.
Xatırladaq ki, müstəqil kürd dövlətinin yaradılmasını tələb edən Türkiyə ilə PKK arasındakı münaqişə 35 ildən çoxdur davam edir və 40 mindən çox insanın həyatına son qoyub. BMT və Avropa Birliyi PKK-nı terror təşkilatı olaraq tanıyıb.