Tehranda pul mübahisəsi: vəsaitlər necə və hara xərclənəcək?

09:15 14.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran hakimiyyəti Oman və Qətərin vasitəçiliyi ilə Tehranla Vaşinqton arasında məhbus mübadiləsi sazişinin ilk addımlarının bir hissəsi olaraq Cənubi Koreyadakı dondurulmuş aktivlərinin tam sərbəst buraxıldığını elan edib. Bununla belə, ABŞ prezidenti Co Baydenin administrasiyası ilə İran vəsaitlərinin necə xərclənməsi ilə bağlı fikir ayrılığı qalır.

Hafta.az-ın yazdığına görə, Ağ Evdən bildirilib ki, İranın sərbəst buraxılan hər hansı vəsaitlə edə biləcəyi işlərə məhdudiyyətlər qoyulacaq. Bununla belə, İran xəbər agentliklərinin məlumatına görə, parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fəda Hüseyn Maliki “Qərbin iddialarını təkzib edərək, Tehranın çox aydın “strategiya”sı olduğunu bildirib.

İranın Mərkəzi Bankının rəhbəri Məhəmməd Rza Fərzin Seulun ölkəsinin aktivləri üzərindəki blokadadan azad edildiyini açıqlayıb. Rıza Fərzin bütün bu avro resurslarının tezliklə Qətərdəki İran banklarının hesablarına köçürüləcəyini və sanksiyaya məruz qalmayan malların alınması üçün istifadə olunacağını qeyd edib. Etibarlı mənbələr, CNN telekanalının verdiyi məlumata görə, İsveçrə vasitəsilə Qətərə pul göndərilməsinin 30-45 gün çəkəcəyini bildirib.

Digər tərəfdən, “The Wall Street Journal”ın hesabatında İranın uran istehsalının 60 faiz azaldığı iddiasına üstüörtülü cavab olaraq İran İnqilab Keşikçiləri Korpusuna (DMO) bağlı Fars Xəbər Agentliyi adı açıqlanmayan bir xəbərə istinadən “İranın nüvə fəaliyyətinin bütün sahələrdə fasiləsiz davam etdiyini” vurğulayıb.