Təhsilhaqqını ödəyə bilməyən gənclər xaricdə oxumaq istəyirlər

12:35 23.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada aparılan araşdırma göstərib ki, ölkədəki universitet tələbələri təhsilhaqqını yüksək hesab edir və oxumaq üçün müxtəlif ölkələrə, o cümlədən Türkiyəyə getməyi düşünürlər.

Hafta.az-ın yazdığına görə, Gostudy-nin sorğusuna əsasən, Rusiyada gənclərin yarıdan çoxu xaricdə təhsil imkanlarını nəzərdən keçirməyə hazır olduqlarını bildiriblər.

Slovakiya, Avstriya, Türkiyə və Macarıstan xaricdə təhsilə üstünlük verilən aparıcı ölkələrdir.

Sorğuya qatılan gənclər bildiriblər ki, bir semestr üçün təhsil haqqının məbləği 100 min rubl civarında olmalıdır. Bu isə Rusiyanın əsas universitetlərinin tətbiq etdiyi qiymətlərdən xeyli aşağıdır.

Sorğuda iştirak edənlərin yüzdə 50-dən çoxu semestr qiyməti 1000 avronu keçməsə, xaricə təhsil almağa hazır olduqlarını bildirib.