Yazını böyüt
Yazını kiçilt
Təhsili olmayan bağça müəllimləri kütləvi ixtisar edilməyəcək.
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir uzun müddət həmin müəllimlərə ixtisas səviyyələri hesablanmadan əmək haqqı ödənildiyini xatırladıb:
"Qanunvericiliyə uyğun olaraq qaydaya salmağa çalışırıq. Bu heç bir halda müəllimlərin, tərbiyəçilərin kütləvi ixtisarı anlamına gəlmir. Tədricən mərhələli şəkildə diaqnostika və sertifikasiya həyata keçirilməklə müəyyən qaydaya alınır."
"Düşünürəm ki, yavaş-yavaş məsələni qaydasına qoyacağıq".
Nazir uzun müddət həmin müəllimlərə ixtisas səviyyələri hesablanmadan əmək haqqı ödənildiyini də xatırladıb.