“Çox istərdim ki, İctimai Televiziya Azərbaycanın ucqarlarına da diqqət çəksin. İctimai Televiziyada dünya azərbaycanlılarına onun dilini, tarixini öyrədən proqramlar olmalıdır. Bir çox ölkələrdə Azərbaycan məktəbləri açılır. Amma biz bunu hər yerdə tətbiq edə bilmərik. Amma bir televiziya bu "məktəbi” əvəz edə bilər”.
Hafta.az xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında aparılan müzakirələr zamanı bildirib.
S.Rüstəmxanlı qeyd edib ki, televiziyalarımız az qala milləti millətdən çıxaran verilişlərə üstünlük verirlər.
“Televiziyada geyim, danışıqdan tutmuş, hər şey millətin ruhuna uyğun olmalıdır. İnsanlar çirkli paltarla küçəyə çıxmır, necə olur ki, çirkli dillə, davranışla verilişlərə çıxırlar. Buna yol vermək olmaz. Biz torpağımızının mənəvi sərhədlərimnizi düzgün müəyyən etməliyik”.