Tərtər rayonunun Ağdərə şəhərinə 4 t yararsız kartof gətirildi - Ermənilər zəhərləndi

14:01 28.04.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Tərtər rayonunun müvəqqəti(!) olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalmaqla ermənilərin yaşadığı Ağdərə şəhərinin iki sakini kartofdan zəhərlənib.

Hafta.az xəbər verir ki, “Hetq” nəşri bu barədə separatçı-terrorçu rejimin qanunsuz “prokurorluğu”na istinadla  məlumat yayıb.

Məlumatda deyilir ki, 22 mart 2023-cü ildə “vətəndaş” S.A. “kənd təsərrüfatına dəstək fondu”ndan “kredit götürərək uzun müddət saxlama şəraitində saxlanması üçün kimyəvi maddələrlə xüsusi emal olunmuş, həyat və sağlamlıq üçün təhlükəli olan halda, insan orqanizminə nüfuz etmə, istehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən 4 ton (4000 kq) kartof almış və  onun 451 kq-ı ona məxsus ticarət zalında “vətəndaş”lara satılmışmışdır...

Satılan kartofu istehlak edən “vətəndaş”lar A.S. və P.H.-lar ağır formada zəhərlənərək xəstəxanaya yerləşdirilib...