Ticarət mərkəzində isti su borusu partladı: 4 nəfər öldü

10:55 24.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvadakı ticarət mərkəzində isti su borusunda baş verən partlayış bir neçə can alıb. Belə ki, “Zəfər” parkının yaxınlığındakı “Vremena Qoda” ticarət mərkəzində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hafta.az-ın yazdığına görə, hadisə ilə bağlı açıqlama verən Moskva meri Sergey Sobyanin Telegram hesabında “Ticarət mərkəzində baş verən fəlakətdə 4 nəfər həyatını itirib. Ailələrinə və yaxınlarına başsağlığı veririk. Xilasetmə qrupları işlərini davam etdirir”, - deyə bildirib.

Mer Sobyanin qeyd edib ki, bütün xəsarət alanlara tibbi yardım göstərilib.

Hadisə ilə bağlı təhlükəsizlik qüvvələrinin başlatdığı istintaq davam edir.