Tokayev Qazaxıstan prezidentliyinə namizəd kimi irəli sürülüb

10:53 06.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Amanat Partiyası (keçmiş Nur Otan) Kasım-Jomart Tokayevin prezidentliyə namizədliyini irəli sürüb.

Hafta.az bildirir ki, bu barədə Tengrinews.kz xəbər verir.

“Bu gün biz birlikdə uğurlu respublika qurmağa başladıq. Vacibdir ki, bizim artıq bütün planlarımızı həyata keçirəcəyimiz və seçilmiş yoldan dönməyəcəyimiz bir liderimiz var. Xalqımız üçün ən ağır dövrdə bütün məsuliyyəti öz üzərinə götürən lider dövlətçiliyi qoruyub saxladı, ölkənin xaosa girməsinin qarşısını aldı.

Ona görə də bu gün Əmanət partiyasının vəzifəsi və bizim tarixi məsuliyyətimiz bütün qazaxıstanlıları Prezidentin mütərəqqi islahatları ətrafında birləşdirməkdir. Mən prezidentimiz Qasım-Jomart Tokayevin namizədliyini təklif edirəm. Qurultayın nümayəndələri, məncə, yekdilliklə məni dəstəkləyəcəklər”, - deyə Əmanət Partiyasının növbədənkənar XXIV qurultayında MM-in sədri, Əmanət Partiyasının sədri Yerlan Koşanov bildirib.

Qurultay nümayəndələri yekdilliklə Kasım-Jomart Tokayevin namizədliyini dəstəkləyiblər.