İsrail ordusunun Qəzza zolağına hücumu və bölgədə yaranmış təhlükəli vəziyyət fonunda Misirin baş naziri Mustafa Medbuli dünən Şimali Sinay valiliyində genişmiqyaslı tura başlayarkən, Ariş şəhərindəki 101-ci Hərbi Batalyonda görüş keçirib.
Hafta.az-ın yazdığına görə, Medbulini bir çox nazirlər, Şimali Sinay valisi Məhəmməd Əbdülfadil Şuşa, Sinay tayfaları və Şeyxləri Birliyinin sədri, Nümayəndələr Palatasının bəzi üzvləri müşayiət edib.
Sinayda terrorun adi hal olduğunu qeyd edən Medbuli, prezident Əbdülfəttah əs-Sisinin Sinayı bütün səviyyələrdə inkişaf etdirmək üçün bəzi strateji qərarlar verdiyini vurğulayıb. Tarix boyu Misirə təhdidlərin və zərərvurma cəhdlərinin bu bölgədən gəldiyini bildirən Baş nazir Misirin heç vaxt ona hər hansı vəziyyətin tətbiq edilməsinə icazə verməyəcəyini bildirib.
Medbuli çıxışında Sinaya işarə edərək, bu bölgədə kimsənin bir qum zərrəsinə belə yaxınlaşmaması üçün milyonlarla insanın canını verməyə hazır olduqlarını vurğulayıb.
Misirin İkinci Səhra Ordusu Komandiri, "Misirin milli təhlükəsizliyini şimal-şərq istiqamətindən qorumaq və bizə tapşırılan bütün vəzifələri yerinə yetirmək üçün ən yüksək səviyyədə hazırlığı davam etdiririk" deyib.
Misirin baş naziri və onu müşayiət edən nümayəndə heyətinin ölkəni Qəzza zolağı ilə birləşdirən Rəfah sərhəd qapısına səfəri planlaşdırılır.