Torpaq üstündə qarşıdurmada iki gündə 150 NƏFƏR ÖLDÜ

09:30 21.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ərəb ölkəsi olan Sudanın cənubundakı Mavi Nil bölgəsində torpaq mübahisələri səbəbindən son iki gündə baş verən qarşıdurmalarda ən azı 150 nəfər ölüb.

Hafta.az-ın AFP-yə istinadən yazdığına görə, qarşıdurmalarda ölənlər arasında qadın, uşaq və qocalar da var.

Toqquşmalarda 86 nəfərin yaralandığı bildirilir.

Digər tərəfdən, toqquşmalara etiraz edən insanlar bölgənin inzibati mərkəzi olan Damazində küçələrə axışıb. Etirazçılar qarşıdurmaların dərhal dayandırılmasını tələb ediblər.

Bildirək ki, təkcə bu il regionda baş verən qarşıdurmalarda yüzlərlə insan həyatını itirib. BMT də bölgədə vəziyyətin pisləşdiyini vurğulayıb.