Tovuzda mikroavtobusun iştirakı ilə baş vermiş qəzada ölənlərin sayı artıb

21:34 23.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda baş vermiş ağır avtoqəza nəticəsində xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib.

APA-nın qərb bürosunun məlumatına görə, xəsarətləri ağır olan 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəstəxanada keçinib.

***

 Tovuzda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kəndlərarası marşrut xətti ilə hərəkətdə olan “QAZel” markalı mikroavtobus “VAZ-2107” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin İsmət Qarayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha iki nəfər - 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı və 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.