Trabzonda öldürülən şəxs gürcüstanlı mafiya lideriymiş

14:20 16.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Trabzonda silahlı hücum nəticəsində həyatını itirən şəxsin gürcü əsilli “Rezo Tbilisi” ləqəbli Revaz Lordkipanidze olduğu üzə çıxıb.

Hafta.az-ın yazdığına görə, dünən Trabzonun Yomra rayonunda Kaşüstü səmtində baş verən hadisədə kompleksin dayanacağında avtomobilində əyləşən Gürcüstan əsilli Revaz Lordkipanidze Bolqarıstan dövlət nömrə nişanlı avtomobildən düşən şəxsin hücumuna məruz qalıb. 

"Sözcü" qəzetinin xəbərinə görə, başına dəyən güllədən ağır yaralanan 64 yaşlı Lordkipanidzeni aparıldığı xəstəxanada bütün cəhdlərə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə yerində və ətrafda araşdırma aparan polis qrupları, 2 nəfəri nəzarətə götürüb.

Hadisədən sonra Gürcüstan xəbər saytları Trabzonda qətlə yetirilən şəxsin mafiya dünyasında “Rezo Tbilisi” kimi tanınan dəstə lideri Revaz Lordkipanidze olduğunu açıqlayıb. Bildirilir ki, müxtəlif mütəşəkkil qruplaşmalara rəhbərlik etdiyi deyilən Lordkipanidze “quldurluq” və “narkotik” kimi cinayətlərə görə 15 ildən çox həbsdə yatıb.

Fransa və Rusiyada cinayətkar qrup fəaliyyəti həyata keçirən dəstə başçısının qətli ilə bağlı Türkiyədə istintaq davam edir.