Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdəki mümkün rəqibi Kamala Harrisi tənqid edərkən təhqirlərə də əl atıb. Eks-prezident xanım namizədi iki sərt sözlə təsvir etdi.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə “The New York Post” yazır.
"Kamala Harrisi iki sözlə təsvir etmək olar: kinli və axmaq. Bu, pis birləşmədir", - 78 yaşlı respublikaçı prezidentliyə namizəd deyib.
Xatırladaq ki, milli sorğuların nəticələrinə görə, Tramp(47%) Harrisi (45%) cəmi iki faiz qabaqlayır.