Trampdan Üçüncü Dünya Müharibəsi XƏBƏRDARLIĞI

14:27 29.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, onun varisi Co Baydenin administrasiyasının mövqeyi üçüncü dünya müharibəsinə səbəb ola bilər. "Biz milyonlarla itki ilə üzləşəcəyik" deyib və "dərhal danışıqlar masasına oturmağa" çağırıb.

Bundan əlavə, o, Rusiya Federasiyasına neft embarqosu təhlükəsinin neftin qiymətini qaldırdığını və Rusiya valyutasının öz mövqelərini bərpa etməsinə kömək etdiyini vurğulayır. Onun fikrincə, neftin qiymətinin 30-40 dollar/barelə enməsi Rusiya Federasiyasının geosiyasi niyyətlərini soyudacaq.

Tərəfdarları qarşısında çıxışı zamanı Tramp keçmiş SSRİ respublikalarının ərazilərinə istinad edərək, xatırladıb ki, onun hakimiyyəti dövründə “heç nə itirilməyib”. “Unutmayın, kiçik Buşun dövründə onlar Gürcüstanı itirdilər. Obamanın dövründə Krımı, Baydenin dövründə isə hər şeyi itirdilər”, - deyə o bildirib. Onun sözlərinə görə, əgər o, yenidən seçilsəydi, indi ABŞ Rusiya və Səudiyyə Ərəbistanının birlikdə hasil etdiyi neftdən çox neft hasil edərdi.