“TurAz Qartalı-2022” təlimində iştirak edəcək Türkiyə hərbçiləri Azərbaycana gəlib

21:00 01.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyətinin bir qrupu ölkəmizə gəlib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, təlimə hazırlıq məqsədilə heyətlərin yerləşdirilməsi, təlimin planlaşdırılması və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.


Qeyd edək ki, birgə taktiki-uçuş təlimi sentyabrın 5-də başlayacaq.

Siyasət rubrikasından digər xəbərlər