Yazını böyüt
Yazını kiçilt
Bu il may ayında birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı da Şuşada keçiriləcək.
Birliyin mətbuat xidmətinin rəhbəri Rəyal Rzanın Hafta.az-a verdiyi məlumata görə, Yazıçılar Birliyi həmin layihəyə təşkilatı dəstək verir:
"Layihənin rəhbəri mənəm. Beş günlük layihənin hər günü adlandırılıb. İlk gün Şuşa Günüdür. İkinci Nizami, üçüncü Yunus Əmrə, dördüncü Əlişir Nəvai, beşinci gün isə Dədə Qorqud Günüdür. İl yeni başladığı üçün növbəti aylarda Şuşa ilə bağlı yeni layihələr də ola bilər”.