Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə hakimiyyəti Ankaranın tələblərini yerinə yetirməyənə qədər İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razı olmayacaq. Bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
“Tələblərimiz yerinə yetirilməyənə qədər onların NATO üzvlüyünə “hə” deyə bilmərik. Parlament hazırkı reallıqda bu protokolu ratifikasiya etmir. NATO-nun yaradılması ideyası bloka üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsinə əsaslanır”.
Çavuşoğlu qeyd edib ki, Türkiyə Stokholm öz öhdəliklərini yerinə yetirmək şərti ilə alyansa qoşulmaq üçün İsveçlə danışıqlara qayıtmağa hazırdır.
Bundan əlavə, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Ankara hazırda Stokholmun NATO üzvlüyünə namizədliyindən daha çox Helsinkinin namizədliyinə müsbət yanaşır.