Türkiyə Azərbaycana 13 minatəmizləyən maşın verib

14:17 30.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Azərbaycana daha 13 minatəmizləyən maşın verib.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.

"MSB_ASFAT tərəfindən yerli və milli imkanlarla istehsal edilən daha 13 ədəd Mexaniki Mina Təmizləmə Maşını (MEMATT) Azərbaycan Müdafiə Nazirliyinə təslim edildi. Bugünə qədər Azərbaycana ixrac edilən MEMATT sayı 20-yə çatdı", - deyə məlumatda bildirilir.