Türkiyə Həcc və Ümrə Sərgisində “ən təsirli ölkə” olub

09:50 16.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaş sosial media hesabından verdiyi açıqlamada Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi tərəfindən 8-11 yanvar tarixlərində Ciddədə Həcc və Ümrə Sərgisinin təşkil edildiyini bildirib.

Hafta.az-ın yazdığına görə, İslam ölkələrinin həcc təşkilatlarının “2024-cü il Həcc ziyarətinə hazırlıq, ədalətli və effektiv xidmətdə iştirak” baxımından qiymətləndirildiyini açıqlayan Ərbaş Türkiyənin “ən təsirli ölkə” kateqoriyasında birinciliyə layiq görüldüyünü deyib.

Ərbaş, başda Həcc və Ümrə Xidmətləri Baş İdarəsi olmaqla, ziyarət fəaliyyətlərində əməyi keçənlərə təşəkkür və təbrik edərək, “Diyanət İşləri olaraq, Rəhmanın qonağı olan zəvvarlarımıza mümkün olan ən yaxşı şəkildə xidmət göstərməyə davam edəcəyik" deyib.