Yazını böyüt
Yazını kiçilt
Türkiyə Şimali Atlantika Alyansından çıxmaq imkanını nəzərdən keçirmir. CNN Türk-ün məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrlik etdiyi Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik deyib.
“Türkiyənin NATO-dan çıxarılmasının vacibliyindən danışanların sözləri əsassızdır. Bundan söhbət gedə bilməz. Biz NATO-nun qurucu ölkələrindən biriyik. Onların bu haqda danışmağa haqqı yoxdur. Onların danışdıqları NATO üçün dəbdəbə olardı”, o deyib.
Bundan əvvəl Türkiyənin Ana Vətən Partiyasının sədr müavini Ethem Sandzak Ankaraya qarşı təxribat xarakterli hərəkətlərə görə Türkiyənin 5-6 ay ərzində NATO-dan çıxa biləcəyini bildirmişdi.