Türkiyə Ordusunun iki hərbçisi şəhid olub

09:55 25.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyatı aparan hərbçiləri terrorçuların hücumuna məruz qalıb.

Hafta.az xəbər verir ki, “Fırat qalxanı” antiterror rayonunda Türkiyə Ordusuna məxsus “Kirpi” zirehli hərbi maşınına edilən hücum nəticəsində iki türk hərbçi şəhid olub, ikisi yaralanıb. Yaralılar Türkiyə ərazisində xəstəxanaya çatdırılıblar.

Bildirilir ki, “Fırat qalxanı” antiterror rayonunda əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib. Terrorçulara qarşı əlavə cəza tədbirləri həyata keçirilib.

Oxunma sayı 654