Türkiyə şirkətləri Qarabağın bərpasına bu layihə ilə töhfə verib

11:58 23.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə şirkətləri Qarabağın bərpasına dəyəri 5 milyard dollardan çox olan layihə ilə töhfə verib

Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat II Azərbaycan-Türkiyə investisiya forumunda məlumat verib.

Nazir bildirb ki, Türkiyə şirkətləri bu günə qədər Azərbaycanda, xüsusilə də işğaldan azad edilmiş Qarabağ bölgəsinin yenidən qurulmasında mühüm rol oynayıb:

“Hazırda Qarabağda sənaye və kənd təsərrüfatı sahələrində yeni investisiyalar hesabına bölgə iqtisadiyyatının canlandırılması istiqamətində Azərbaycan və Türkiyə hökumətləri arasında sıx əməkdaşlıq davam edir”.