Türkiyənin Afrikanın şərq ucunda yerləşən Somalidə təsirini artıracaq yeni bir addım atacağı iddia edilib. Bloomberg-in məlumatına görə, Türkiyə Somalidə raket və kosmik raketləri sınaqdan keçirmək üçün baza-poliqon qurmaq istəyir.
Hafta.az-ın yazdığına görə, məxfilik şərti ilə Bloomberg-ə danışan sözügedən şəxslər Türkiyənin kosmos yarışına qatılmaq çərçivəsində atacağı raketin Somalidən buraxıla biləcəyini bildiriblər. Türkiyə rəsmilərinin Somalinin bu tələbi qəbul edəcəyinə əmin olduqları bildirilib. Türkiyə Müdafiə Nazirliyi açıqlama verməyib.
Türkiyə son 10 ildə müdafiə sahəsində əməkdaşlıq və infrastruktur layihələri vasitəsilə Somalidə təsirini artırıb və karbohidrogen kəşfiyyatı planlarına malikdir. Ankara həmçinin Moqadişu hökuməti ilə yarı muxtar bölgə olan Somalilanddakı liderlər arasında vasitəçi kimi çıxış edir.
Birləşmiş Ərəb Əmirlikləri, Misir və Türkiyə Afrikada irəliləyiş əldə edən orta səviyyəli dövlətlər sırasındadır. Digər tərəfdən, Türkiyə xaricdəki ən böyük hərbi bazasını 2017-ci ildə Moqadişuda açıb və yüzlərlə əsgər Somali əsgərlərinə təlim keçir.
Prezident Rəcəb Tayyib Ərdoğanla somalili həmkarı Həsən Şeyh Mahmud arasında iyul ayında baş tutan telefon danışığı ilə bağlı Prezidentliyin Kommunikasiyalar İdarəsi açıqlama verib. Görüş zamanı Türkiyə ilə Somali arasında ikitərəfli münasibətlərin, regional və qlobal məsələlərin müzakirə edildiyi bildirilib. Prezident Ərdoğan Türkiyənin Somalinin ərazi bütövlüyü və birliyinə verdiyi önəmi vurğuladı.
Görüşdə prezident Ərdoğan Somalinin terrorla mübarizəsinə verilən dəstəyin və Türkiyənin Somali ilə Efiopiya arasındakı münaqişənin həlli istiqamətində vasitəçilik fəaliyyətini intensiv şəkildə davam etdirdiyini bildirib.