Türkiyədə 6,4 bal gücündə zəlzələ

12:02 11.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aralıq dənizində Kipr sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

Yeraltı təkanlar Mersin, Antalya, Adana, Konya və bir çox şəhərdə hiss edilib.

Zəlzələ Türkiyə vaxtı ilə 04:07-də qeydə alınıb.