Türkiyədə bir gündə koronavirusdan 173 nəfər ölüb

23:00 09.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 173 nəfər ölüb.

Hafta.az xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda qeyd edib.

O bildirib ki, yeni növ koronavirusla bağlı yayımladığı bugünki statistikada COVID-19 infeksiyası ilə əlaqədar 384 min 049 nəfərin test edildiyi, 61 min 727 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 35 min 163 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.