Türkiyədə əhalinin 17 faizi kökdür

10:15 05.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Trakya Universiteti Sağlamlıq Elmləri Fakültəsi Qidalanma və Dietologiya kafedrasının müdiri professor Aydan Ercan 4 Mart Piylənmə Günü bildirib ki, zamanımıda piylənmə hər yaş qrupuna təsir edir.

Hafta.az-ın yazdığına görə, Ümumdünya Səhiyyə Təşkilatının piylənməni qlobal epidemiya olaraq təyin etdiyini deyən Ercan, "Dünyada piylənmə 20 faizdən çox artıb. Türkiyədə əhalinin 17 faizi piylənməyə məruz qalıb. Cinsiyyətə baxsaq, qadınların 20,9 faizi, kişilərin isə 13,7 faizi kökdür" deyib.

Piylənmədə ən böyük faktorun hərəkətsizlik olduğunu vurğulayan Ercan, bunun təkcə estetik problem deyil, kompleks bir xroniki xəstəlik olduğuna diqqət çəkib.

Piylənmənin dünya miqyasında ölümə səbəb olan bir sıra xroniki xəstəliklərin riskini artıran çox əhəmiyyətli tibbi problem olduğunu ifadə edən Ercan, “Piylənmə metabolik sindroma, ürək və şəkər xəstəliklərinə, yüksək təzyiqə, yüksək xolesterinə səbəb olur, insult, qaraciyər, bəzi xərçəng növləri, tənəffüs yolu, yuxu apnesi, əzələ sistemi xəstəlikləri və cinsi problemlər yaradır" deyə bildirib.

Professor Ercan, istehlak edilən qidalar vasitəsilə enerji qəbulunun azaldılmasının, düzgün və sağlam qidalanma vərdişlərinin mənimsənilməsinin piylənmənin aradan qaldırılması üçün ilk addım olduğunu vurğulayıb.

Piylənmə ilə mübarizənin ilk şərtinin sağlam qidalanma olduğunu vurğulayan Ercan, "Arıqlamaq üçün sehrli pəhriz yoxdur. Piylənmənin qarşısını almaq üçün ən əhəmiyyətli strategiyalar sağlam qidalanma davranışları, nizamlı fiziki fəaliyyət və hərəkətsiz qalmaq kimi fəaliyyətlərin azaldılmasıdır" deyib.

“Tam taxıllar, meyvə və tərəvəzlər, sağlam yağlar və protein mənbələri, içkilərdə də daha sağlam olanları seçməliyik. Sağlam olmayan qidalar, zərif taxıllar və şirniyyatlar, kartof, qırmızı ət, işlənmiş ət, spirtli, qazlı və şəkərli içkilər məhdudlaşdırılmalıdır. Fiziki aktivliyin artırılması, televizora və ya kompüterə baxmağa və digər oturma vaxtlarına məhdudiyyət qoyulması piylənmə ilə mübarizədə mühüm rol oynayacaq”, - professor fikrini tamamlayıb.