Türkiyədə koronavirusla bağlı statistika

23:58 09.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə ötən sutka ərzində koronavirusdan (COVID-19) 181 nəfər vəfat edib.

 

Hafta.az xəbər verir ki, bu gün ölkədə 9 537 nəfərdə koronavirus aşkarlanıb, sağalan xəstə sayı isə 7 902 nəfər olub.

 

Qeyd edək ki, Türkiyədə bu günədək 2 317 118 nəfər koronavirusa yolucub, onlardan 22 631-i həyatını itirib.