Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Kütahya şəhərində dünən axşam yeməyindən zəhərləndikləri ehtimal edilən 74 hərbi qulluqçu şəhər xəstəxanasına gətirilib.
Zəhərlənənlərdən 46-ı Kütahya Havaçılıq Təhsil Briqada Komandanlığında, 28-i isə şəhər jandarmasında hərbi qulluqda olan əsgərlərdir. Onların beş min nəfərlik hərbi heyət üçün hazırlanmış axşam yeməyindən zəhərləndikləri ehtimal olunur.
Bu barədə Kütahya Valiliyindən açıqlama verilib. Bildirilib ki, əsgərlərdən 65-i ilkin müdaxilədən sonra hərbi hissələrə göndəriliblər. Digər 9 nəfərin isə müalicəsi davam edir.