Türkiyədə son sutkada koronavirusdan 185 nəfər ölüb

21:36 23.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 185 nəfər ölüb.

Hafta.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 392 min 281 nəfərin test edildiyi, 65 min 503 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 75 min 422 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Oxunma sayı 22