Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Muğla şəhərində 4,8 bal gücündə zəlzələ olub.
Hafta.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkan saat 13:58-də şəhərin Köyceğiz bölgəsində baş verib. Zəlzələnin ocağı 8,11 kilometr dərinlikdə qeydə alınıb. Dağıntı və itkilər barədə məlumat verilməyib.