Türkiyədə zəlzələ olub

16:44 06.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Eskişehir vilayətində yenidən zəlzələ olub.

Hafta.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Günyüzü rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 12.9 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.