Türkiyədəki yanğınlar zamanı həlak olanların sayı 7-yə çatıb

19:55 01.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda baş verən meşə yanğınları zamanı zərər çəkən bir evdən iki nəfərin cəsədi tapılıb.

Hafta.az xəbər verir ki, həlak olanlardan biri Türkiyə vətəndaşı, digəri isə onun almaniyalı həyat yoldaşıdır. Hazırda evdə araşdırmalar aparılır.

Bununla da Türkiyədə baş verən yanğınlar zamanı həlak olanların sayı yeddiyə çatıb.

Oxunma sayı 689