Türkiyəli alimlər Ədəbiyyat Muzeyində

17:07 17.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Nizami Gəncəvinin adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət etmək fürsətimiz oldu. Azərbaycanın zəngin mədəniyyətinə aid eksponatları ehtiva edən bu muzey ziyarət üçün üçə dəyərli bir mədəniyyət mərkəzidir. Muzey işçilərinə uğurlar arzulayıram.

Hafta.az xəbər verir ki, Ədəbiyyat Muzeyindən verilən məlumata görə, bu sözləri Tekirdağ Namık Kemal Universitetinin rektor müşaviri və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) sabiq baş direktoru Halit Eren muzeyin Rəy kitabında qeyd edib.

Ötən gün muzeyin qonağı olan müşaviri Beynəlxalq Tərcümə və Anlama üzrə Şeyx Haməd Mükafatı Fondunun icraçı direktoru Ləbib Nəhhas, Zeki Şahin və filologiya üzrə fəlsəfə doktoru Şəms Bağırova müşayiət ediblər.

Qonaqları Ədəbiyyat Muzeyinin ekspozisiyası ilə Doktorantura və elmi inkişaf şöbəsinin elmi işçisi Rəhilə Sadıqova tanış edib, onlara Azərbaycan ədəbiyyatı barədə ərəb dilində ətraflı məlumat verib. Ziyalılar Azərbaycanın görkəmli ədibləri olan Nizami, Nəsimi və Füzulinin Şərq dünyasında kifayət qədər məşhur olduqlarını dilə gətiriblər. Beynəlxalq tərcümə məsələlərini yaxından izləyən fondun icraçı direktoru Ləbib Nəhhas ədəbiyyatımızla bağlı geniş informasiyanın ərəb dilində təqdim edilməsini yüksək qiymətləndirib və bildirib ki, gələcəkdə tərcümə sahəsində Ədəbiyyat Muzeyi ilə əməkdaşlıq arzuolunandır.

Sonda muzeyin nəşrləri qonaqlara hədiyyə edilib.