Türkiyənin ən çox izlənən filmləri

09:27 21.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə aparılan qısa bir araşdırma nəticəsində son illər ən çox izlənilən filmlərin siyahısı bəlli olub. Maraqldıır ki, bu filmlər arasında serialların adı çəkilmir.

Hafta.az-ın yazdığına görə, 1989-cu ildən sonra çəkilən filmlər arasında aparılan araşdırmada qalib gələn ekran əsərlərinin siyahısı belədir: 1. “Rəcəp İvedik 5”, 7 milyon 437 min 50 izləmə (2017), 2. “Rəcəp İvedik 4”, 7 milyon 374 min 931 izləmə (2014), 3. “Toy Dərnəyi”, 6 milyon 980 min 70 izləmə (2013),

4. “Fəth 1453”, 6 milyon 572 min 618 izləmə (2012), 5. “Müslüm”, 6 milyon 480 min 563 izləmə (2018), 6. “Toy Dərnəyi 2: Sünnət”, 6 milyon 68 min 576 izləmə (2015), 7. “Ayla”, 5 milyon 589 min 872 izləmə (2017), 8. “Bergen”, 5 milyon 462 min 94 izləmə (2022), 9. “Ailə Arası”, 5 milyon 289 min 51 izləmə (2017), 10. “Arif v 216”, 4 milyon 968 min 462 izləmə (2018).