İdman dünyasından bir çox tanış adlar “Forbes”in dörd illik fasilədən sonra dərc etdiyi “Ən zəngin 100 türk” siyahısında öz izlərini qoyub. Siyahının başında olan Murat Ülkər həm də Türkiyənin ən zəngin idmançısıdır.
Hafta.az-ın yazdığına görə, “Forbes”in açıqladığı 108 iş adamının yer aldığı siyahıda ümumi sərvətin 128,5 milyard dollar olduğu hesablanıb.
Beləliklə, Türkiyənin ən zəngin idman adamlarının siyahısını təqdim edirik:
Murat Ülkər
Sərvəti 5,5 milyard dollar, mövqeyi - “Forbes”in siyahısında 1-ci yer.
İdman əlaqəsi: “Fənərbaxça” konqresinin üzvü.
Cəmil Kazancı
Sərvəti 4,3 milyard dollar, mövqeyi - 3-cü yer.
İdman əlaqəsi: “Beşiktaş”ın keçmiş meneceri.
Nihat Özdəmir
Sərvəti 1,9 milyard dollar, mövqeyi - 18-ci yer.
İdman əlaqəsi: TFF-nin keçmiş prezidenti.
Hamdi Akın
Sərvəti 1,7 milyard dollar, mövqeyi - 23-cü yer.
İdman əlaqəsi: “Fənərbahçə”nin vitse-prezidenti və İdarə Heyətinin üzvü.
Məhmət Əli Aydınlar
Sərvəti 1,4 milyard dollar, mövqeyi - 26-cı yer.
İdman əlaqəsi: TFF-nin keçmiş prezidenti.
Turqay Cinər
Sərvəti 950 milyon dollar, mövqeyi - 35-ci yer.
İdman əlaqəsi: “Kasımpaşa” İdman Klubunun sahibi.
Əli Koç
Sərvəti 900 milyon dollar, mövqeyi - 43-cü yer.
İdman əlaqəsi: “Fənərbaxça”nın prezidenti.
Yüksel Yıldırım
Sərvəti 900 milyon dollar, mövqeyi - 43-cü yer (Əli Koçla birlikdə).
İdman əlaqəsi: “Samsunspor”un rəhbəri.
Hakan Safi
Sərvəti 750 milyon dollar, mövqeyi - 61-ci yer.
İdman əlaqəsi: “Fənərbaxça” konqresinin üzvü.
Bernard Arkas
Sərvəti 650 milyon dollar, mövqeyi - 72-ci yer.
İdman əlaqəsi: “Arkas Sailing”in qurucusu.
Nezih Barut
Sərvəti 570 milyon dollar, mövqeyi 86-cı yer.
İdman əlaqəsi: “Fənərbaxça” İdarə Heyətinin üzvü.
Erdən Timur
Sərvəti 550 milyon dollar, mövqeyi -89-cu yer.
İdman əlaqəsi: “Qalatasaray Sportif”in keçmiş vitse-prezidenti.
İnan Kıraç
Sərvəti 500 milyon dollar, mövqeyi - 100-cü yer.
İdman əlaqəsi: “Qalatasaray” İdarə Heyətinin üzvü, “Qalatasaray” Təhsil Fondunun prezidenti.
Tuncay Özilhan
Sərvəti 500 milyon dollar, mövqeyi - 100-cü yer (İnan Kıraçla birlikdə).
İdman əlaqəsi: Anadolu Efes İdman Klubunun prezidenti.