Türküstanda TDT-nin Zirvə görüşü keçiriləcək

14:01 21.03.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə görüşü mayın ortalarında Türküstanda keçiriləcək.

Hafta.az bildirir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türküstan vilayətinin ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.

“Dünyadakı mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilinə birinci dərəcəli diqqət yetirməlidir”, - deyə dövlət başçısı vurğulayıb.