Yazını böyüt
Yazını kiçilt
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan Azərbaycan U-17 millisi ikinci yoxlama görüşünü keçirib.
Hafta.az xəbər verir ki, millimiz Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında martın 23-də keçirilən ilk yoxlama matçında da Belarus seçməsi 3:0 hesablı qələbə qazanmışdı.