Üçmərtəbəli binada yanğın

11:50 29.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 3 mərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 22 m² olan 2 otaqlı mənzilin 1 otağının tavanı və ev əşyaları 16 m² sahədə yanıb, yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı 5 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​