UEFA İsrail klubları ilə bağlı qərar verib

12:05 28.03.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrail klubları avrokubokların növbəti mövsümündə ev oyunlarını neytral meydanda keçirməyə davam edəcəklər.

Hafta.az xəbər verir ki, UEFA ölkədəki müharibə şəraiti səbəbindən artıq İsrail komandalarına xaricdə stadion axtarmağa başlamalı olduqlarını bildirib.

Qurum İsrail təmsilçilərindən Avropa yarışlarına vəsiqə qazanacaqları təqdirdə harada oynamaq niyyətində olduqları barədə ilk fürsətdə məlumat verməklərini istəyib.