Ukrayna Afrikanı Rusiyanın nəzarətindən azad etmək istəyir - Kuleba

19:15 17.08.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Ukrayna xarici işlər naziri Dmitri Kuleba AFP-yə müsahibəsində deyib ki, Ukrayna Afrika ölkələri ilə münasibətləri yaxşılaşdırmaq və onlara Rusiyanın nəzarətindən azad olmaqda kömək etmək istəyir.

Hafta.az bu haqda “NV” nəşrinə istinadla xəbər verir.

"Uzun illər itirildi, lakin biz Ukrayna-Afrika intibahını təşviq edəcəyik, bu əlaqələri canlandıracağıq"- deyə nazir bildirib.

Kulebanın sözlərinə görə, Afrika qitəsinin sistemli və uzunmüddətli işə ehtiyacı var.

Biz başqa Rusiya olmaq istəmirik. Bizim strategiyamız Rusiyanı əvəz etmək deyil, Afrikanı Rusiyanın nəzarətindən azad etməkdir”, -  deyə XİN rəhbəri vurğulayıb.

Kuleba əmin edib ki, Moskva “məcburiyyət, korrupsiya və qorxudan” istifadə edərək Afrika ölkələrini öz tərəfində saxlayır. Eyni zamanda, XİN rəhbəri hesab edir ki, Kremlin Afrikada işləmək üçün cəmi iki aləti var - təbliğat və "Vaqner".

O, həmçinin Rusiyanın “taxıl müqaviləsi”ndən çıxdıqdan sonra Afrikanın ərzaq təhlükəsizliyi ilə bağlı “narahatlığını” yalan adlandırıb.