Ukrayna bir nömrəli hədəfini AÇIQLADI - PUTİN QƏZƏBLƏNDİ

16:04 17.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna hərbi kəşfiyyatı Rusiya ilə Krımı birləşdirən Krım körpüsü ilə bağlı məxfi sənədlərə giriş əldə etdiklərini  və bu körpünün onların bir nömrəli hədəfi olduğunu açıqlayıb. Kreml isə Ukraynanın açıqlamasına sərt cavab verib və milyardlarla dollar xərclənən körpünün hədəf alınacağı təqdirdə paytaxt Kiyevin bombalanacağını açıqlayıb.

Hafta.az bildirir ki, Rusiya-Ukrayna müharibəsindən 3 ay geridə qalarkən, Moskva və Kiyevdən gələn mesajların tonu sərtləşməyə başlayıb.

Ukrayna, əlində uyğun silahlar olarsa, bir nömrəli hədəfinin Krım körpüsü olacağını açıqlayıb.

Kerç boğazı üzərindən “Krım körpüsü”nün tikintisi Rusiyaya milyardlarla dollara başa gəlib və Rusiya ilə Krımı birləşdirən körpünün Moskva üçün strateji əhəmiyyəti var. Körpü 19 km uzunluğu ilə Avropanın ən uzun körpüsü kimi tanınır.

Ukraynalı general Dmitri Marçenko Krım körpüsünün bir nömrəli hədəf olduğu ilə bağlı açıqlamasında Moskvanın Ukraynaya hərbi ləvazimatlar daşımaq üçün körpüdən istifadə etdiyinə diqqət çəkərək, “Rusiya armaturlarını kəsmək üçün bu göbək bağını qırmalıyıq” deyib.

Ukraynanın bir hissəsi olan Krım yarımadası 2014-cü ildə keçirilən referendumdan sonra Rusiya tərəfindən ilhaq edilib. Krım Ukraynanın yeganə rusdilli bölgəsi idi. Sovet İttifaqının 1954-cü ildə Ukraynaya verdiyi ərazidə ruslarla yanaşı, ukraynalılar və Krım tatarları da yaşayır.

Rusiyada Krım körpüsünün təhlükəsizliyinin Putinin zəmanəti altında olduğu deyilir. Kremlin sözçüsü Dmitri Peskov da rus əsgərlərinin körpüyə tam nəzarət etdiyini vurğulayıb, lakin Ukrayna rəsmiləri körpü ilə bağlı mühüm sənədlərə çatdıqlarını iddia edirlər.

Ukrayna hərbi kəşfiyyatının ələ keçirdiyini iddia etdiyi 300 səhifəlik sənədlərin həqiqiliyini dərhal müəyyən etmək mümkün olmasa da, sənəddə ərazi, yol örtüyü, körpü dayaqları, sürüşmənin qarşısını alan tikililər, girişlər haqqında ətraflı məlumatların olduğu bildirilir.

Kremlin sözçüsü Dmitri Peskov Kiyevin körpünü hədəfə almaq planlarından xəbərdar olduqlarını və körpü ilə bağlı bütün təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.

Moskva açıq şəkildə Ukraynanı hədələyərək, milyardlarla dollar xərclədikləri körpüyə hər hansı hücum olacağı təqdirdə Kiyevi bombalayacaqlarını bəyan etdi.