Ukrayna böhranı Avropada iflasları artırıb

11:00 18.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna böhranı Avropanın əsas iqtisadiyyatlarını gərginləşdirir.

Hafta.az-ın “İzvestiya”ya istinadən yazdığına görə, Almaniyada enerji xərclərinin kəskin artması və yüksək inflyasiya bir çox iri şirkətlərin iflasına səbəb olub. 2024-cü ilin birinci yarısında iflas edən iri şirkətlərin sayı 41 faiz artıb. Esprit, Volkswagen, ThyssenKrupp kimi nəhəng şirkətlər də bu vəziyyətdən təsirlənir. Xəbərə görə, kansler Olaf Şolzun Ukraynadakı münaqişəni dayandırmaq çağırışının arxasında Almaniyadakı iqtisadi vəziyyət dayanır.

“İzvetiya” yazır ki, Avstriya və Fransa da oxşar vəziyyətdədir. Müvafiq olaraq, hər iki ölkədə enerji xərclərinin artması şirkətlərin fəaliyyətinə və insanların həyat səviyyəsinə mənfi təsir göstərməkdə davam edir.

Mario Draqinin Avropa Komissiyasına təqdim etdiyi hesabat da xəbərlərdə yer alıb. İtaliyanın keçmiş baş naziri Draqinin hesabatı Avropa iqtisadiyyatlarındakı çətinliklərə dərindən toxunur. Hesabatda Ukrayna böhranından sonra enerji qiymətlərinin kəskin artmasının Avropa iqtisadiyyatına ciddi təsir etdiyi vurğulanır.

Hesabatda Avropa Birliyinin ABŞ və Çin kimi böyük iqtisadiyyatlardan geri qaldığına da diqqət çəkilib. Avropanın qlobal rəqabət qabiliyyətini artırmaq üçün Ar-Ge (Araşdırma və İnkişaf) sahəsinə daha çox sərmayə qoyması lazım olduğu vurğulanır.