Ukrayna donanmasının ilk korveti İstanbulda suya buraxılıb

22:51 02.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Hərbi Dəniz Qüvvələri üçün “Hetman İvan Mazepa” korveti Türkiyədə suya buraxılıb.

Hafta.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Ukraynanın birinci xanımı Yelena Zelenskaya bildirib.

"Hetman İvan Mazepa" korvetini suya buraxmaq şərəfinə nail oldum. Onun üçün adı 2021-ci ildə prezident Vladimir Zelenski seçib. Türkiyədə inşa edilən bu gəmi Ukraynaya xidmət edəcək və Dəniz Qüvvələrimizdə bu sinifdən olan ilk gəmi olacaq", - deyə Y.Zelenskaya qeyd edib.

Qeyd edək ki, 2020-ci il dekabrın 14-də Ukraynanın keçmiş müdafiə naziri Andrey Taran Türkiyə nümayəndələri ilə Ukraynada korvetlərin tikintisi üçün texnologiyaların ötürülməsinə dair saziş imzalayıb.

Oxunma sayı 1835