Ukrayna əks-hücuma keçərək şərqdəki əraziləri azad edir...

15:50 08.09.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı xüsusilə də Milli Qvardiyanın qüvvələrini cəlb etməklə ehtiyat dəstə yarada bilib...

Milli Qvardiya qüvvələri tərəfindən gücləndirilmiş Ukrayna qoşunları şərq cəbhəsi boyunca bir neçə sektorda əks-hücum keçirərək Rusiyanın hücumunun sürətini azaldır.

Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki, bu haqda “Forbes” məlumat yayıb.

"Ruslar hələ də bəzi ərazilərdə irəliləyirlər. Onlar bu həftə sonu Qrodovkanın bəzi hissələrini ələ keçiriblər. Lakin Ukraynanın səpələnmiş əks-hücumları Rusiyanın planlarını çətinləşdirir və onlar üçün uzun, çətin ilin doqquzuncu ayında ukraynalılara şərqdə ümid işığı yandırır".

Xüsusilə, nəşr xatırladıb ki, ötən gün Ukrayna Silahlı Qüvvələrinin 53-cü mexanikləşdirilmiş briqadasının əsgərləri Donetsk vilayətinin Nyu-York şəhərində dağıdılmış elevator üzərində bayraq qaldıraraq, onu rus qoşunlarından geri alıblar. Bildirilir ki, şəhərin tutulmasına“Ukrayna qoşunlarının çatışmazlığı”  səbəb olub.

Nəşr əlavə edib ki, bu gün şərq cəbhə xətti Ukrayna üçün kiçik itkilər və kiçik qazancların qarışığıdır: “Bununla belə, bu qarışıq xəbərlər Ukraynanın şərqdəki qüvvələrinin son aylarda aldığı ən yaxşı xəbərdir”.