Ukrayna eyni vaxtda Rusiyanın 8 vilayətinə hücum təşkil etdi...

13:06 29.09.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 29-na keçən gecə Rusiya çoxlu sayda pilotsuz təyyarələrin hücumuna məruz qalıb.

Hafta.az bu haqda “UNİAN”a istinadla məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, onlar Volqoqrad, Belqorod, Voronej, Rostov, Bryansk və Kursk vilayətləri, həmçinin Krasnodar diyarı və Azov dənizi üzərində 125 Ukrayna PUA-nı vurublar.

“Astra” telegram-kanalının yazdığına görə, partlayışlar, o cümlədən Krasnodar diyarının Yeisk şəhərində, hərbi şəhərcikdən bir qədər aralıda baş verib. Vurulmuş hədəflər arasında həmçinin Rusiya Hərbi Dəniz Qüvvələrinin 859-cu döyüş istifadəsi və yenidən hazırlanması Mərkəzi və Hərbi Dəniz Donanmasının 190-cı qarışıq  təlim  aviasiya alayının yerləşdiyi Rusiya Hərbi Dəniz Qüvvələrinin "Baltimor" aerodromu da var.

Rusiyanın hərbi telegram-kanalları da Volqoqrad, Tambov, Oryol, Lipetsk, Tula və Saratov vilayətlərində, həmçinin Kuban və Stavropolda enerji və hərbi obyektlər istiqamətində hücumlar haqda məlumat yayıb.

Bir çox yaşayış məntəqələrində yanğınlar baş verib. Medianın məlumatına görə,  Volqoqrad vilayətindəki Kotluban kəndi yaxınlığında böyük bir raket-sursat arsenalı havaya “uçub”. Volqodonskda atom elektrik stansiyasının yaxınlığında partlayışlar baş verib. Voronejdə vurulmuş dronun qalıqları hündürmərtəbəli binaya dəyib, həmçinin həmin bölgədəki bir meşə də yanıb.