Ukrayna "işğal" xəbərlərinə görə 3 milyard dollar itirdi

12:29 21.02.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın işğalla bağlı məlumatların yayılmasından qaytarılması mümkün olmayan itkiləri ayda 2-3 milyard dollar təşkil edir.

Hafta.az xəbər verir ki, Bunu RBC-Ukraynaya müsahibəsində Prezident Aparatı rəhbərinin müavini Rostislav Şurma deyib.

Eyni zamanda rəsmi qeyd edib ki, Ukraynanın büdcəsi beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq yolu ilə tamamilə “bağlanır”.

“Biz görürük ki, indiki kimi stresli vəziyyətdə geri qaytarıla bilməyən itkilər ayda 2-3 milyard dollar təşkil edir. Bunlar dayandırılmış investisiyalar və əlavə inflyasiya, turizm sektorunda itkilər və hava səyahətlərinin azalmasıdır. Maliyyə bazarlarına da spekulyativ təzyiqlər var ki, bu da borclanmaya mane olur, məzənnəyə təzyiq göstərir”.