Yazını böyüt
Yazını kiçilt
Ukrayna hərbçiləri Luqansk vilayətinin Makeyevka kəndini azad edib. Ukrayna Müdafiə Nazirliyi işğaldan azad edilmiş yaşayış məntəqəsindən videogörüntü nümayiş etdirib.
"Luqansk vilayətinin Makivka kəndi Ukraynanın nəzarəti altındadır! Bir dənə də olsun sağ qalmayan ev, dağıntı və ölüm burada 8 ay hökmranlıq edən "Rus dünyasının" nəticəsidir", - Facebook mesajında deyilir.
Kadrlarda Rusiya işğalının fəsadları əks olunub: evlərin əksəriyyəti zədələnib, bəziləri dağılıb və bərpa oluna bilmir.