Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov istefa verib

12:57 24.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Bahalı qiymətlərlə alış-veriş qalmaqalı fonunda Ukrayna müdafiə nazirinin müavini Vyaçeslav Şapovalov istefa verib. Müvafiq mesaj yanvarın 24-də Ukrayna Müdafiə Nazirliyinin saytında dərc olunub.

Şapovalov Ukrayna Silahlı Qüvvələrinin maddi-texniki təchizatına cavabdeh idi. O, özü "qida xidmətlərinin alınması ilə bağlı ittihamlar kampaniyası nəticəsində Ukrayna Silahlı Qüvvələrinin sabitliyinə təhlükə törətməmək" üçün istefa verib.

"Səslənən ittihamların əsassız olmasına baxmayaraq, Vyaçeslav Şapovalovun istefa bəyanatı Avropa və demokratik siyasət ənənələrində layiqli bir hərəkətdir, müdafiə maraqlarının istənilən kabinet və ya kürsülərdən yüksək olduğunu nümayiş etdirir", - Ukrayna Müdafiə Nazirliyi bildirir.