Ukrayna NATO-ya qəbul olunarsa... - Putin

21:11 21.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukrayna NATO-ya qəbul olunarsa, Rusiya üçün təhlükələr dəfələrlə artacaq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib.

O qeyd edib ki, NATO-nun yaradılması haqqında müqavilənin 5-ci maddəsi var, orda aydın olur ki, Alyansın bütün ölkələri üzvlərindən birinin təcavüzə məruz qaldığı təqdirdə onun tərəfində vuruşmalıdırlar:

“Krımlıların və Sevastopol sakinlərinin iradəsini heç kim tanımadığından, Ukrayna israr edir ki, bura onun ərazisidir. Bizim real təhlükəmiz var”.